Kayıtlar

Mayıs, 2019 tarihine ait yayınlar gösteriliyor
Resim
"Nəsimi və din" adlı dəyirmi masa keçirildi. 28 saylı məktəbin kitabxanasının nəzdində olan "Gənc Yazıçılar Birliyi"-də May ayının 22-si 2019-cu il "Nəsimi və din" adlı dəyirmi masa müzakirəsi keçirildi. Tədbir kitabxanaçı Rəfiqə müəllimənin tədbiri açıq elan etməsi ilə başladı. Daha sonra 8-ci sinif şagirdi Calalova Jalə İmadəddin Nəsimi haqqında məlumat verdi. Sonra məktəbin Azərbaycan dili-Ədəbiyyat müəlliməsi Qulamova Dilşad Sufizm və hürufizm təriqətlərinin Nəsimi ilə əlaqəsi haqda məlumat verdi. Məktəbin İbtidai sinif müəlliməsi Kazımlı Təranə Nəsiminin İslam dini ilə əlaqəsindən danışdı. Bundan sonra 6-cı sinif şagirdləri Quliyeva Fatimə və Hətəmova Aytac Nəsiminin İslamı inkar etmədiyinə dair faktlarla çıxış etdi. Tədbirin sonunda müəllimlər şagirdlərin Nəsimi və Dinlə bağlı suallarını cavablandırdı və onlarla müzakirə apardı. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə sonlandı.
Resim
İlk İclas - Bir Kitab Bir Gələcək! Mayın 8-i 2019-cu ildə 28 saylı məktəbin kitabxanasının nəzdində yaradılmış "Gənc Yazıçılar Birliyi"nin ilk iclası keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan iclasda birliyin yaradılma tarixçəsi, gələcək məqsədləri müzakirə olundu. Bununla yanaşı, kitablar haqqında hikmətli kəlamlar və videoçarx nümayiş olundu. Sədr Nüsrət Ağazadənin və sədr müavini Nurəddin Fərzəliyevin çıxışından və kitab haqqında videoçarxın izlənilməsindən sonra, məktəbin ibtidai sinif müəlliməsi Təranə müəlliməyə söz verildi. Daha sonra birliyin ilk üzvlərinin "Gənc Yazıçılar Birliyi" haqqında fikirləri öyrənildi. Bundan sonra İbtidai sinif şagirdləri kitab və vətən haqqında şeir söylədilər. Tədbir üzvlərə Üzvlük kartının verilməsi və onların üzvlüyünün rəsmiləşdirilməsi ilə sona çatdı.