"Nəsimi və din" adlı dəyirmi masa keçirildi.

28 saylı məktəbin kitabxanasının nəzdində olan "Gənc Yazıçılar Birliyi"-də May ayının 22-si 2019-cu il "Nəsimi və din" adlı dəyirmi masa müzakirəsi keçirildi. Tədbir kitabxanaçı Rəfiqə müəllimənin tədbiri açıq elan etməsi ilə başladı. Daha sonra 8-ci sinif şagirdi Calalova Jalə İmadəddin Nəsimi haqqında məlumat verdi. Sonra məktəbin Azərbaycan dili-Ədəbiyyat müəlliməsi Qulamova Dilşad Sufizm və hürufizm təriqətlərinin Nəsimi ilə əlaqəsi haqda məlumat verdi. Məktəbin İbtidai sinif müəlliməsi Kazımlı Təranə Nəsiminin İslam dini ilə əlaqəsindən danışdı. Bundan sonra 6-cı sinif şagirdləri Quliyeva Fatimə və Hətəmova Aytac Nəsiminin İslamı inkar etmədiyinə dair faktlarla çıxış etdi. Tədbirin sonunda müəllimlər şagirdlərin Nəsimi və Dinlə bağlı suallarını cavablandırdı və onlarla müzakirə apardı. Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə sonlandı.





Yorumlar

Populyar Postlar