İlk İclas - Bir Kitab Bir Gələcək!

Mayın 8-i 2019-cu ildə 28 saylı məktəbin kitabxanasının nəzdində yaradılmış "Gənc Yazıçılar Birliyi"nin ilk iclası keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan iclasda birliyin yaradılma tarixçəsi, gələcək məqsədləri müzakirə olundu. Bununla yanaşı, kitablar haqqında hikmətli kəlamlar və videoçarx nümayiş olundu. Sədr Nüsrət Ağazadənin və sədr müavini Nurəddin Fərzəliyevin çıxışından və kitab haqqında videoçarxın izlənilməsindən sonra, məktəbin ibtidai sinif müəlliməsi Təranə müəlliməyə söz verildi.
Daha sonra birliyin ilk üzvlərinin "Gənc Yazıçılar Birliyi" haqqında fikirləri öyrənildi. Bundan sonra İbtidai sinif şagirdləri kitab və vətən haqqında şeir söylədilər.
Tədbir üzvlərə Üzvlük kartının verilməsi və onların üzvlüyünün rəsmiləşdirilməsi ilə sona çatdı.

Yorumlar

Populyar Postlar